Bu gecə ilin ən parlaq "meteor yağışı" baş verəcək. Eta-Akuariid "meteor yağışı" pik nöqtəsinə çatmaq üzrədir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "ScienceAlert" nəşri məlumat verib.
Bu "meteor yağışı"nı Bakıda da müşahidə etmək mümkün olacaq.
Paytaxtda Eta-Akuariid yağışını müşahidə etmək üçün ən yaxşı vaxt mayın 5-dən 6-na keçən gecə yerli vaxtla saat 02:15-dən 05:00-a qədər olacaq. Gözlənilən meteoritlərin sayı saatda 40-a çatacaq. Paytaxt üzərində saatda maksimum 19-20 meteor müşahidə etmək mümkün olacaq.
Qeyd edək ki, Eta-Akuariid meteor yağışı hər il Yerin Halley kometinin orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı izlər - "axan ulduzlar" əmələ gətirir.