İspaniyanın Valensiya vilayətində yaşayan 24 yaşlı qadın toy günü ərinə xəyanət etdiyini boynuna alıb. Onun xəyanəti toydan 9 ay sonra, ilk övladı dünyaya gələndə aşkarlanıb. Həkimlərin dediklərinə görə, doğulmuş uşaqda anadangəlmə “cırtdanlıq” patologiyası var. Bunu eşidən qadın toy günü ərinə xəyanət etdiyini deyib.
Oxu.Az Milli.Az-a istinadən bildirir ki, 24 yaşlı qadın toy günü səhər saatlarında rəfiqələri ilə birlikdə əyləndiyini, “subaylıqla vida ziyafəti” təşkil etdiyini söyləyib.
“Ziyafət səhər saatlarında başladı və günortaya qədər davam etdi. Qızlar cırtdan striptizçi çağırmışdılar. Sonra içdik, sərxoş olduq. Elə həmin vaxt da o cırtdandan hamilə qalmışam. Bu sirri gizlədə bilmərəm. Olan olub”, - qadın deyib.
O, hamilə qaldığını anlayanda ərinə heç nə deməyib. Daha doğrusu, qadın baş verənləri sirr saxlamaq, kimsəyə deməmək fikrində idi.
Amma qadının dünyaya gətirdiyi uşaqda cırtdanlıq patologiyası aşkar görünəndə sirr aşkar olub.
İspaniyada toylarda təlxəklik edən “cırtdan”lar isə heyrətləniblər.
“Valensiyada işləyən həmkarlarımı tanıyıram. Onlar əsasən 40-50 yaşlı kişilərdir və bu adamlarla yatağa girməyi istəyəcək qadını ağlıma gətirə bilmirəm. İspaniyada mənim kimi vur-tut 10 cırtdan var ki, toylarda səhnəciklər göstəririk. Oxuyur, oynayır, qonaqları şənləndiririk. Hərdən bizimlə fotolar da çəkdirirlər. Ona görə də cırtdandan hamilə qalan qadınla bağlı xəbər məni çox təəccübləndirdi”, - təlxək cırtdanlardan biri deyib.