Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Çak Heygel amerikalı hərbçiləri Rusiya ordusu ilə “üzbəüz” qalmağa hazır olmağa çağırıb.
“ABŞ-ın ordusuna olan tələbləri getdikcə mürəkkəbləşir. Terrorçu və inqilabçılar təhlükəsi bizim üçün uzun müddət mövcud olacaq, həmçinin NATO-nun astanasında duran, döyüş qabiliyyəti yüksək ola Rusiya ordusu ilə də qarşılaşmalı olacağıq”, - TASS Pentaqon rəhbərinin sözlərini sitat gətirir, Oxu.Az xəbər verir.
Hal-hazırda Heygelin fikrincə məhvedici texnologiyalara yalnız dövlət deyil, eləcə də “qeyri-dövlət subyektləri” də malikdir.
O, həmçinin “hibrid müharibəsinin kabusu getdikcə böyüyür, bu, düşmənlərimizin inqilab taktikasını tətbiq edərək yüksək səviyyəli silahla təmin edilən qüvvələrdən və mürəkkəb texnikadan istifadə etdikləri an baş verir”.
Bu gün Sakit okean zonasında ABŞ HQ-də 80 min əsgər, Mərkəzi komandanlıqda isə 40 min əsgər xidmət edir. Daha 28 min hərbçi Avropada xidmət edir. Bir neçə min hərbçi isə Afrika və Cənubi Amerikada yerləşdirilib.