Sosial şəbəkələrdə bir xanım rəfiqəsindən aldığı toy dəvətnaməsini paylaşıb. Dəvətnamədə əks olunan tələblər qeyri-adiliyi ilə yadda qalıb.
Əhvalat “Mirror” nəşrində dərc olunub.
Məlumata görə, gəlin toya dəvət etdiyi rəfiqələrindən ilk olaraq arıqlamağı tələb edib. O, bu tələbini artıq rəfiqələri üçün XS ölçülü paltarlar sifariş etməsi ilə əsaslandırıb.
Bununla yanaşı, məclisin səbəbkarı ən yaxın qonaqlarından saçlarını çiyinlərinədək uzatmalarını da xahiş edib.
Həmçinin, qonaqlara süni qaralma vasitələrindən istifadə etmək və toya uşaqları gətirmək qadağan olunub.
Bu azmış kimi, gəlin toya dəvət etdiyi şəxslərdən onun Havay adalarında keçirəcəyi bal ayı üçün 350 funt-sterlinq həcmində ianə toplamağı da tələb edib.
“Əgər tələblərim sizə həddindən artıq ciddi görünürsə, təəssüf edirəm. Ancaq bu mənim üçün xüsusi bir gündür. Bütün işlərin hər zaman təsəvvür etdiyim kimi olmasını istəyirəm. Xahiş edirəm, mənə hörmətlə yanaşın. Biz əla vaxt keçirəcəyik”, - deyə dəvətnamənin sonunda qeyd olunub.