Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
General Süleymanidən Trampa: Səni gözləyirik!
İran İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi bölüyünün komandiri, general-mayor Qasım Süleymani ABŞ prezidenti Donald Trampın İranı təhdid etməsinə reaksiya göstərib.
Oxu.Az xəbər verir ki, bununla bağlı İranın “Tasnim” agentliyi məlumat yayıb.
“Qanunsuz qumar oyunlarının həvəskarı Tramp! Prezident Həsən Ruhanini deyil, məni təhdid elə! Mən sənlə təkbaşına mübarizə aparacam. Biz şəhid xalqıq, çox ağır vaxtlarımız olub və səni gözləyirik. Bunu bil ki, əgər müharibə olsa, o, sənin sahib olduğun hər şeyi məhv edəcək.
Siz müharibəni başlaya bilərsiz, ancaq onu biz bitirəcəyik. Get, öz sələflərindən soruş”, - Süleymani bildirib.
ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhaniyə “Twitter”də kəskin mesaj göndərib, “bir də heç vaxt Birləşmiş Ştatları təhdid etməyin” deyə, ciddi xəbərdarlıq edib. Əks təqdirdə o, İran İslam Respublikasının bunun ağır nəticələri ilə qarşılaşacağını deyib.
ABŞ prezidenti bu mesajı Həsən Ruhaninin “Cənab Tramp, şirin quyruğu ilə oynamayın” hədəsindən sonra verib. Ruhani deyib ki, İran ABŞ-la müharibə istəmir. Lakin ABŞ anlamalıdır ki, İranla müharibə bütün müharibələrin anasıdır. ABŞ yaxşı bilməlidir ki, İranla sülh bütün sülhlərin anasıdır.
Rəylər