Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Geomaqnit qasırğasının nə vaxt sakitləşəcəyi açıqlandı
"Çərşənbə günü, sentyabrın 18-də, günün birinci yarısında Yerin maqnitosferi zəif narahat vəziyyətdə qalacaq".
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında məlumat verib.
O, eyni zamanda, gün ərzində qısamüddətli zəif geomaqnit qasırğalarını istisna etməyib.
"Planetin maqnitosferi axşama yaxın tam sakit vəziyyətə keçəcək", - deyə o bildirib.
Xatırladaq ki, sentyabrın 17-də Yerə növbəti maqnit qasırğası gəlib çatıb və gücünə görə, demək olar ki, maksimum səviyyəyə çatıb.
"Geomaqnit qasırğası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər