ABŞ prezidenti Barak Obama Rusiyaya, onun Ukrayna, Suriya, İran və digər dövlətlər barəsində siyasəti əsas məqsədə - Rusiyanı zəiflətmək məqsədinə xidmət edir.
Oxu.Az xəbər verir ki, bu barədə Kanadanın Global Research nəşri yazır.
Nəşrin məlumatına görə, ABŞ Bəşər Əsəd rejimini qəti şəkildə devirmək istəyir və Suriyada döyüşən “İslam dövlət” (İŞİD) qruplaşmasına müasir silahların çatdırılmasının mümkün olduğunu düşünür və bu, təsadüfi deyil.
“Bəşər Əsəd Rusiyanın müttəfiqidir və Obamanın xarici siyasətinin əsas vəzifəsi islam ekstremizmi deyil, Rusiyaya qalib gəlməkdir”, - deyə, Global Research yazır.
Hətta ABŞ-ın İŞİD-in İraqdakı mövqelərinə endirdiyi zərbələr bu təşkilatın Suriyada nəzarət etdiyi ərazilərin genişlənməsinə gətirib çıxarır.
Global Research-ın rəyinə görə, Suriya Rusiyanın Avropaya əsas qaz ixracatçısı rolundan kənarlaşdırılması üçün açardır. Bu dövlət Səudiyyə Ərəbistanından, İordaniya və Türkiyədən keçməklə Qətərdən Avropaya qaz kəmərinin yolunda yeganə maneədir. Belə kəmərin çəkilişi Qətərə dünyanın ən nəhəng qaz bazarı olan Avropada Rusiya ilə rəqabət aparmağa kömək edə bilərdi, nəşr yazır.
Əvvəllər Obama Qətərin maliyyələşdirdiyi “Müsəlman qardaşlarını” dəstəkləsə də, onlar Suriyada “öz effektsizliklərini sübut etdilər” və indi ABŞ Səudiyyə Ərəbistanının hamilik etdiyi İŞİD-ə dəstək verir.
Lakin nəşr yazır ki, hətta Əsəd rejimi devrildikdə belə, ABŞ üçün əsas məsələ Türkiyə ola bilər, çünki bu ölkə artıq Rusiya ilə Avropaya rus qazının tədarükü barədə razılıq əldə edib.
ABŞ-ın İrana qarşı siyasətinə gəldikdə isə, Dövlət katibi Con Kerri Tehranla danışıqlarda ola bilsin Avropa üçün İran qazını necə almağın yolunu tapa biləcək.
“İranın Rusiyaya qarşı çevrilməsi oyun qaydalarını dəyişə bilərdi”, - deyə, Global Research yazır.
Lakin Ukraynada olduğu kimi “rəngli inqilab” vasitəsilə buna nail olaq mümkün deyil, İsrail isə İranla istənilən sazişə qarşı çıxış edir, nəşr vurğulayır.