Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Goal”un 2024-cü ilin “Qızıl top” favoritləri siyahısına Bellinqem başçılıq edir
“Goal” nəşri “Qızıl top”a namizədlərin yenilənmiş reytinqini təqdim edib.
Reytinqdə birinci yeri “Real Madrid”in ingilis yarımmüdafiəçisi Cud Bellinqem tutub. İkinci yerdə “Bavariya”nın hücumçusu Harri Keyn qərarlaşıb. İlk üçlüyü PSJ-dən fransız Kilian Mbappe tamamlayıb.
Qeyd edək ki, dördüncü yerdə Erlinq Haaland (“Mançester Siti”), beşinci yerdə Mohamed Salah (“Liverpul”), altıncı yerdə Rodriqo Hernandes (“Mançester Siti”), yeddinci yerdə Antuan Qrizmann (“Atletiko Madrid”), səkkizinci yerdə Bukayo Saka (“Arsenal”), doqquzuncu yerdə Deklan Rays (“Arsenal”), onuncu yerdə Julian Alvares (“Mançester Siti”) qərar tutub.
Qeyd edək ki, “Ən-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu siyahıda 17-ci, hazırkı qalib Lionel Messi isə 19-cudur.
Mənbə: Championat.com
"Antuan Qrizman" teqi üzrə xəbərlər
- "Qızıl top"a namizədlərin reytinq sıralanması bəlli oldu
- Bugünkü Madrid derbisi Qrizman üçün sonuncu ola bilər
- "Real Madrid" və "Atletiko Madrid"in ulduzları içki brendinin sahibi oldular
- Cud Bellinqem İspaniya La Liqasında dekabr ayının ən yaxşısı seçilib
- UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub