ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Goldman Sachs Group” şirkətinin rəhbəri Heri Koeni prezidentin iqtisadi siyasət üzrə müşaviri vəzifəsinə və Milli İqtisadi Şuranın direktoru vəzifəsinə təyin edəcəyinə dair bəyanat verib.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“O, zəhmətkeşlərin əməkhaqqının artmasına vasitəçilik edəcək, xaricə işçi axınının qarşısını alacaq və amerikalılar üçün çox sayda imkanlar yaradacaq, iqtisadi siyasəti formalaşdırmağa yardım edəcək”, - Tramp qeyd edib.
“Goldman Sachs Group” şirkəti dünyada ən iri investisiya banklarından və maliyyə konqlomeratlardan biridir. O, əsasən istitusional müştərilər ilə çalışır.
N.O.
www.oxu.az