Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Google” “Avroviziya-2019”un mümkün qaliblərinin adlarını açıqladı
“Google” şirkəti istifadəçilərin axtarış sistemində ən çox verdikləri sorğular əsasında “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin mümkün qaliblərinin reytinqini tərtib edib.
Bu barədə Oxu.az şirkətin yaydığı press-relizə istinadən məlumat verir.
“Əgər ölkələrə xallar onların təmsilçilərinin digər dövlətlərin sakinləri tərəfindən nə qədər aktiv axtarılmağına əsasən verilsəydi, siz artıq elə bu gün “Google Axtarış”ın istifadəçilərinin versiyasına görə kimin qalib gələcəyini öyrənə bilərsiniz”, - deyə şirkətin relizində bildirilir.
Tərtib olunmuş reytinqə əsasən, qalib olmağa daha çox şansa Fransa təmsilçisi Bilal Hassani malikdir.
İkinci və üçüncü yerlərdə islandiyalı qrup “Hatari” və rusiyalı müğənni Sergey Lazarev qərarlaşıb.
Bundan savayı, ən yaxşıların onluğunda Hollandiya, Belorus, İsveçrə, İtaliya, San-Marino, İsveç və Kipr təmsilçilərinin adları çəkilir.
"Fransa" teqi üzrə xəbərlər
- Fransadan rüsvayçı addım: Xamenei, Putin və Kim Çen Inın təsvirləri təhqir edildi
- Fransada terror qorxusu: Təhlükəsizlik tədbirləri gücləndirildi
- Fransada fermerlər ayağa qalxdılar, qonşu ölkələrə gedən yollar bağlandı
- Ölü "Vaqner"in laxlatdığı taxt: "Fransa böyük dövlət statusunu itirəcək"
- Fransa həbsxanasında insanları girov götürən şəxs təslim oldu
Rəylər