Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Google Chrome" "Android"də yeni funksiya tətbiq edəcək
"Google Chrome" brauzerinin "Android" versiyası üçün yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.
Tərtibatçılar mətnin səsli oxunmasını təmin edən "Səhifəni dinlə" bölməsini təkmilləşdirməyi planlaşdırırlar.
Hazırda oxumağa davam etmək üçün brauzer aktiv qalmalıdır, əks halda oxunma dayandırılacaq. Yaxın gələcəkdə "Google", proqram fon rejimdə olsa belə, səsin səhifədə davam etdirilməsinə imkan verəcək oxutma funksiyasını təqdim etmək niyyətindədir.
Tətbiqin buraxılış versiyasında bu seçimin nə vaxt təqdim ediləcəyi məlum deyil. Onun 13 avqust 2024-cü il tarixinə planlaşdırılan "Made by Google" təqdimatından sonra şirkətin buraxacağı yeniləmə paketinin bir hissəsi olacağı təxmin edilir.
Mənbə: MS PowerUser
"Google Chrome" teqi üzrə xəbərlər
- Dünyanın ən populyar internet brauzerlərinin adları açıqlanıb
- "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər
- "Google Chrome" 15 milyon istifadəçinin parolunu itirib
- Rusiya "YouTube"u "ağıllandırmağa" hazırlaşır: Tam bağlanacaq?
- "Google"un axtarış sisteminə süni intellektli rəqib gəlir - "SearchGPT"
Rəylər