Rusiyada göyərtəsində 189 sərnişin və altı heyət üzvü olan təyyarə qəzadan son anda xilas olub. Belə ki, Ufa-Moskva reysi ilə hərəkətə hazırlaşan təyyarə uçuş-eniş zolağından çıxıb.
REN TV-nin məlumatına görə, bu barədə aeroportun mətbuat xidmətindən bildirilib.
Hadisə vaxtı zərər çəkən olmayıb. Təyyarə dayanacağa aparılıb. Reys üç saat təxirə salınıb.
View this post on InstagramMövzuya aid xəbərlər
Digər xəbərlər