Paraqvayın Asunsyon şəhərində “Miss Gordita” (Miss Toppuş) adlı 100 kq-dan artıq çəkisi olan qadınlar arasında gözəllik müsabiqəsi keçirilib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, qalib 24 yaşlı Monserrat Monxes (Montserrat Monges) olub. Monxesin sözlərinə görə, o bu yarışmada digər dolu qadınlara nümunə olmaq üçün iştirak edib.
Latın amerikalı xanım iri formalara malik qadınları, artıq çəkiyə baxmayaraq özlərini sevməyə çağırıb. Gözəllik kraliçası özünü gözəl hesab edir.
Təşkilatçılar Praqvayda yayılmış piylənmə probleminə diqqət çəkəcəklərinə ümid etdiklərini bildiriblər. Praqvayın Səhiyyə Nazirliyinin statistik göstəricilərinə görə ölkənin 57,6 faizi normadan artıq çəkiyə malikdirlər, yəni 6,5 milyon insan “piylənmə” diaqnozuna malikdir.
Toppuşlar müsabiqəsinin braziliyalı prodüseri Maykl Beras (Michael Beras) bildirib ki, bu müsabiqəni keçirmək asan olmayıb. Berasın sözlərinə görə, artıq çəkisi olan praqvaylılar, çoxsaylı olmalarına baxmayaraq diskriminasiyadan da əziyyət çəkirlər.
Maykl Beras qeyri-standart xarici görünüşü olan qadınlar üçün digər müsabiqələrin də təşkilatçısıdır. Şoumen irsi ayrıseçkiliyə qarşı – “Miss Kamba”, 40 yaşından yuxarı qadınlar üçün – “Miss Madurita”, alçaqboylu xanımlar üçün – “Miss Petisa” və tatuajı olan xanımlar üçün “Miss Bad Girls” kimi müsabiqələri təşkil edir.