Səlahiyyət dövrü başa çatmaqda olan Türkiyə prezidenti Abdulla Gül yeni baş nazirin kim olacağı barədə açıqlama verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, böyük ehtimalla yeni baş nazirin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu olacağını deyib.
Avqustun 28-i səlahiyyət müddəti başa çatan Gül gələcək işləri barədə də danışıb:
“Özüm qurduğum partiyanın müvəffəqiyyətli olması üçün şübhəsiz ki, dəstəkləməyə çalışacağam”.