Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar keçirilib - NƏTİCƏLƏR
UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar keçirilib.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, qrup mərhələsinə iddialı 20 komandadan yarısı bu gecə meydana çıxıb.
“Qarabağ”ı III təsnifat mərhələsində mübarizədən kənarlaşdıran “Zalsburq” “Malmö” ilə görüşdən də qalib ayrılıb. “Styaua” isə öz meydanında “Ludoqorets”i son dəqiqələrdə vurulan qolla məğlub edib.
Gecənin ən maraqlı qarşılaşması olan “Kopenhagen” - “Bayer” matçında qapılara 5 top vurulub. Özü də bütün qollar ilk yarıda qeydə alınıb.
“Böyük beşlik” çempionatlarının iki təmsilçisi – “Napoli” və “Atletik” arasında Neapolda baş tutan görüş heç-heçə yekunlaşıb - 1:1. Gecənin sonuncu matçında da bərabərlik qeydə alınıb ki, İstanbulda ölkəmizdə də minlərlə azarkeşi olan “Beşiktaş”ın “Arsenal”la qarşılaşmasında tablodakı sıfırlar dəyişməz qalıb. Halbuki, London təmsilçisinin 10 nəfərlə qaldığı qarşılaşmada “Beşiktaş” bir neçə real qol vəziyyətindən yararlana bilməyib.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
19 avqust
“Zalsburq” (Avstriya) - “Malmö” (İsveç) - 2:1
Şimer, 15; Soriano, 54 - Forsberq, 90
“Styaua” (Rumıniya) - “Ludoqorets” (Bolqarıstan) - 1:0
Kibçu, 89
“Beşiktaş” (Türkiyə) - “Arsenal” (İngiltərə) - 0:0
Qırmızı vərəqə: Remsi, 80 (Arsenal)
“Kopenhagen” (Danimarka) - “Bayer” (Almaniya) - 2:3
Yorgensen, 10; Amarte, 13 - Kisslinq, 5; Bellarabi, 22; Son Heunq-Min, 42
“Napoli” (İtaliya) - “Atletik” (İspaniya) - 1:1
İquain, 68 - Muniani, 41
"Almaniya" teqi üzrə xəbərlər
- Berbokun BMT-nin Baş Assambleyasının sədrliyinə namizədliyini həyasızlıq adlandırdılar
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Almaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışlayır