ABŞ-ın İndiana ştatında ata və oğul zaraftayana güləşərkən başlarından güllə yarası alıblar.
“Abc” telekanalı xəbər verir ki, dördyaşlı oğlu ilə güləşərkən, gözlənilmədən atanın belinə bağlanmış tapançadan atəş açılıb.
Nəticədə ikisi də baş nahiyyələrindən yaralanıblar.
Atanın bəxti gətirib, çünki güllə onun dərisini sıyırıb keçib.
Başından güllə yarası alan uşağın vəziyyəti isə kritikdir.