Gümrüdən Moskva istiqamətində hərəkət edən sərnişin təyyarəsində həyəcan siqnalı işə düşüb və hava gəmisi hündürlüyü azaltmağa başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Flightradar" izləmə xidməti məlumat yayıb.
Bildirilib ki, "Boeing" markalı təyyarə Moskva vaxtı ilə saat 11:24-də (Bakı vaxtı ilə saat 12:24) Gümrüdən uçuşa başlayıb. Havaya qalxdıqdan təqribən bir saat sonra, Dağıstan hava məkanında olarkən o, "general emergency" siqnalını ötürüb və 3 min metr yüksəkliyə qədər eniş edib.
Daha sonra təyyarənin Mahaçqalaya enəcəyi açıqlanıb. Onlayn uçuş lövhəsinə görə, təyyarə Mahaçqala hava limanına yönləndirilib. Lövhədə, həmçinin təyyarənin saat 15:25-də Moskvaya enməli olduğu bildirilib.