Amerika məhkəməsi törətmədiyi qətlə görə ömrünün 39 ilini həbsdə keçirmiş şəxsə kompensasiya qismində 1 milyon dollar ödəmək qərarına gəlib, Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
Məhkəmənin qərarına əsasən, ömrünün 40 ilə yaxın müddətini səhvən həbsdə keçirmiş Riki Ceksona kompensasiya ödəniləcək.
Qeyd edək ki, Riki Cekson 2014-cü ilin noyabrında həbsdən azad edilib. Onu 1975-ci ildə, 19 yaşında həbs ediblər. O və iki dostu – Uayli və Ronni qardaşları klivlendli biznesmenin qətlini törətməkdə şübhəli biliniblər. Hər üç şəxs 12 yaşlı oğlanın verdiyi ifadə əsasında günahkar hesab olunublar. Məhkəmə Ceksonu ölüm hökmü, Bricmenləri isə həbs cəzasına məkum edib. 1978-ci ildə Ceksonun hökmü ömürlük həbs cəzası ilə əvəzlənib.
Ötən il məhkəmədə ifadə vermiş şəxs bildirib ki, Cekson və qardaşlara qarşı polisin təzyiqi altında ifadə verib. Onun ifadəsi əsasında məhkəmə hər üç şəxsin günahsız olması barədə qərar çıxarıb.
Bricmen qardaşları da kompensasiya üçün ərizə vermək hüququna sahibdirlər.
1973-cü ildən indiyədək ABŞ-da 148 nəfər səhvən məhkum edilmiş şəxs azadlığa buraxılıb, lakin Riki Cekson onlardan ən çox həbsdə qalan şəxs olub