Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gündə bir milyon dollar: Rusiya FTX qlobal çağrı mərkəzləri şəbəkəsinin fəaliyyətini dayandırdı
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) hazırda Londonda gizlənən Gürcüstanın keçmiş müdafiə naziri David Kazeraşvilinin maraqları naminə fəaliyyət göstərən beynəlxalq çağrı mərkəzləri şəbəkəsinin fəaliyyətini dayandırıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.
Məlumata görə, çağrı mərkəzləri beynəlxalq mütəşəkkil cinayətkar birliyin bir hissəsi olub və investisiya əməliyyatları adı altında Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Kanada, Braziliya, Hindistan, Yaponiya və digər ölkələrin vətəndaşlarına qarşı külli miqdarda fırıldaqçılıqla məşğul olub. FTX-nin məlumatına görə, dünyanın 50-dən çox ölkəsindən 100 minə yaxın insan qeyri-qanuni fəaliyyətin qurbanı olub.
Fırıldaqçılıq sxeminin miqyası isə dəhşətə gətirir: cinayət əməllərindən əldə edilən gəlir gündə 1 milyon dollara çatıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210-cu (Cinayətkar birlik təşkil etmə), 159-cu maddəsinin 4-cü hissəsi (Xüsusilə külli miqdarda dələduzluq), 207-ci maddəsinin 3-cü hissəsi (Terror aktı haqqında bilə-bilə yalan xəbər vermə) maddələri üzrə cinayət işi başlanıb. Rusiya çağrı mərkəzi ofislərinin ümumilikdə 11 rəhbəri və əməkdaşı saxlanılıb.
Moskvanın Lefortovo Məhkəməsi David Kazeraşvilini dələduzluq işi üzrə qiyabi həbs edib və o, Rusiyada axtarışa verilib.
Qeyd edək ki, David Kazeraşvili 2006-2008-ci illərdə prezident Mixail Saakaşvilinin dövründə Gürcüstan Müdafiə Nazirliyinin rəhbəri vəzifəsində çalışıb. 2012-ci ildə hakimiyyət dəyişikliyindən sonra ona qarşı bir neçə cinayət işi açılıb və ölkəni tərk edib. 2021-ci ildə Gürcüstanda keçmiş nazir dövlət vəsaitinin mənimsənilməsi ittihamı ilə qiyabi olaraq beş il müddətinə azadlıqdan məhrum edilib.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Dələduzluqda təqsirləndirilən şəxs: "Saxta sənədlə prokurora da mobil nömrə satmışam"
- Külli miqdarda dələduzluqda ittiham olunan şirkət nümayəndəsinə cəza istənilib
- İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxsi polis saxladı
- Miri Yusif videosu ilə şantaj olundu - Prodüserindən AÇIQLAMA
- Kibertalama halları sürətlə yayılır: Banklar müştərilərini maarifləndirməlidir
Rəylər