Alimlər teleskopdan istifadə edərək Günəşin yaxınlığında təxminən 150 min km-lik, quşa bənzəyən obyekt aşkar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında məlumat verilib.
Bildirilib ki, obyekt Günəşin səthindən təxminən 2 milyon km aralıda olub.
Məlumata görə, bu "quş" fiziki obyektdir, optik obyekt deyil. O, Yerin ölçüsündən 10 dəfədən çox böyükdür.