Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Günəşdə güclü partlayışlar olub
Aprelin 29-da Günəşdə üç güclü partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bunu TASS-a Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutundan deyiblər.
Bildirilir ki, partlayışların gücü M sinfinə aid olub:
"İlk partlayış Bakı vaxtı ilə saat 09 radələrində baş verib. Bundan əlavə, gün ərzində daha iki partlayış olub".
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.
"Günəşdə partlayış" teqi üzrə xəbərlər
Ən çox oxunanlar