Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Günəşdəki nəhəng ləkə artıq Yerdən adi gözlə görünməyə başlayıb
ABŞ-nin Milli Okean və Atmosfer İdarəsinin (SWPC NOAA) Kosmik Havanın Proqnozlaşdırılması Mərkəzinin alimləri üzərində güclü partlayışlar davam edən nəhəng günəş ləkəsi “AR3664”də böyümə olduğunu qeyd ediblər.
Elmi qurumun rəsmi saytı xəbər verir ki, bu ərazinin ölçüsü 200 min kilometrə çatıb ki, bu da Yerdən 15 dəfə böyükdür.
Bu o deməkdir ki, “AR3664” indi xüsusi optik alətlər olmadan Yerin səthindən görünə bilər. Mütəxəssislər gözləri zədələməmək üçün ulduza yalnız qaranlıq filterlərdən baxmaq lazım olduğunu xatırladıblar.
“AR3664”də güclü partlayışlar davam edir. Günəşdə sonuncu partlayış mayın 9-da Qrinviç vaxtı ilə saat 09:13-də (Bakı vaxtı ilə 14:13) baş verib. Püskürmə ən yüksək “X” sinfinə aid edilib və onun gücü 2,2 təşkil edib.
Alimlər qeyd ediblər ki, “AR3664” Günəş ləkəsi 1859-cu ildə aşkar edilən Karrinqton günəş ləkəsinin ölçüsü ilə rəqabət apara bilər. O Kuba, Havay adaları və digər ekvatorial bölgələrdə qütb parıltılarının müşayiəti ilə Yer tarixinin ən güclü sənədləşdirilmiş günəş fırtınasına səbəb olub.
Mənbə: gazeta.ru
Rəylər