Yaxın gələcəkdə Gürcüstan parlamentində “erməni soyqırımı” məsələsinin nəzərdən keçiriləcəyini gözləməyə dəyməz.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan deputatı Viktor Talidze Armİnfo-ya deyib.
Onun sözlərinə görə, Gürcüstan parlamentində heç vaxt müvafiq qətnamənin qəbuluna əsas verə biləcək hər hansı bir ciddi müzakirə və ya təşəbbüs olmayıb.
Bunun səbəbi ilə bağlı suala cavab verən deputat deyib ki, bu məsələ çox həssasdır.
“Bu məsələ yalnız Gürcüstanda deyil, bir sıra ölkələrdə də həssas məsələdir. Bu, əsasən Tbilisi və Ankara arasındakı münasibətlərə görədir”, - deyə Viktor Talidze bildirib.