Gürcüstanın Maliyyə Nazirliyi nəzdində Vergi Xidməti yenidən ölkə ərazisinə gətirilən rekord heroin partiyasının Azərbaycandan gətirildiyi barədə bəyanatı ilə çıxış edib.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə “Qruziya onlayn” bildirib.
Bu yaxınlarda həmin idarə bəyanat vermişdi ki, narkotiklərin Azərbaycan ərazisindən keçirilməsi məlumatı həqiqtə uyğun deyil.
“Araşdırma zamanı məlum olub ki, yük maşını Gürcüstan ərazisinə qonşu Ermənistandan keçib və təyinat məntəqəsi Türkiyəyə yollanıb”, - dünənki bəyanatda deyilib.
Xatırladaq ki, Gürcüstan hüquq mühafizə orqanları hər biri 30 kq olmaqla içində maye heroin olan 93 qab müsadirə ediblər. İlkin istintaqa görə müsadirə edilən narkotiklər 80% təmiz heroindən ibarət olub, onun satış qiyməti yüz minlərlə ABŞ dollarıdır.
Narkotik vasitələrin qeyri-qanuni daşınması faktı üzrə istintaq aparılır.