Əksər yaşlı kişilər parkda gəzintiyə çıxmağa üstünlük verdikləri bir vaxtda, təqaüdə çıxmış çinli dəmiryolçu Çjou Çenli daha çətin təlimlərə üstünlük verir.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, 70 yaşlı kişi özünün qasıq nahiyəsinə çəkic, metal daşlar və kərpiclə dəfələrlə sümüksındıran zərbələr endirir.
Çjou deyir ki, o, kunq-fu Şaolin məktəbinin ən nadir və çətin təlimlərindən olan tsiqun dəmir qasıq sənətini sınaqdan keçirir. Bu təcrübəyə kişiləri qasıq bölməsinə güclü zərbələrə davam gətirməyə öyrədən gündəlik təlimlər daxildir. Tsiqun dəmir qasıq yalnız ən etibarlı kunq-fu ustalarının öyrədildiyi sirli dao texnikasıdır. Bu texnikanı öyrənən kişi döyüş meydanında məğlubedilməz hesab olunur.
Texnikanın öyrədilməsinin dəqiq metodikası tam məlum deyil: o, süni-istifadədən ehtiyat etdikləri üçün ciddi şəkildə qorunur. Bir neçə nadir fotolar, qasıq nahiyəsindən ağır yük qaldırmaq üçün istifadə edən ustaları göstərir.
Dao təliminə görə, kişinin cinsiyyət orqanları güclü olduqda o da güclüdür. Tsiqun dəmir qasıq texnikasının öyrənilməsinin bir neçə üstünlüklərinin olduğu hesab edilir – o, immun sistemini gücləndirir, enerji səviyyəsini və hətta potensiyanı artırır. Lakin şagirdin ağırlıq qaldırmağa başlamazdan əvvəl qan və tsi enerjisinin ağılın gücü ilə bədəndə müəyyən hissəyə yaxud nöqtəyə yönləndirilməsi üzrə tsiqun texnikasını mənimsəməlidirlər.
Bu texnikanın öyrədilməsi iki hissədən ibarətdir. Birinci hissəyə böyrək və belin möhkəmləndirilməsi üçün meditasiya və massaj daxildir. Daoslar hesab edirlər ki, güclü cinsiyyət orqanlarına yol böyrəklərdən keçir. Təlimlərin ikinci hissəsi şagirdi xüsusi meditasiya texnikası və massaj vasitəsilə ağır yük qaldırmağa öyrədir. Ağırlıqqaldırma az çəkidən başlayır və yavaş-yavaş artırılır. Əksər şagirdlər tsiqunun əsas kurslarından sonra ən azı 20 kq yük qaldıra bilirlər.