Xalq artisti Səməd Səmədov müsahibəsində ailə həyatından danışıb.
Oxu.Az movqe.az-a istinadla xəbər verir ki, müğənni həyat yoldaşından qorxduğunu bildirib:
“Ailədə mən güclü rəhbərəm. Amma bilirsiniz, arvaddan qorxmayan kişi, deməli, kişi deyil. Əlbəttə, qorxuram. Neçə illərdir onun sözü keçib. Dava düşüb, onunla dalaşmışam. Amma sonra görmüşəm ki, vay, o düz deyirmiş ki... Yoldaşımın 6 bacısı var, hər kəs İradə ilə məsləhətləşir. Mənim xanımım filoloqdur. İlhamə Quliyeva da mənim xanımımla dostluq edir”.