Baş nazir Dmitri Medvedev ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları ilə əlaqədar təəssüfləndiyini bildirib, çünki bu sanksiyalar ölkə vətəndaşlarına xoş təsir bağışlamır.
“İstənilən sanksiya şərdir. Onlar nə iqtisadiyyata, nə insanlara optimizm bəxş etmir və heç bir zaman uğur gətirmirlər”, - Dmitri Medvedev bildirib, Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Avropa İttifaqı ölkələri və ABŞ Rusiyaya qarşı sanksiyalar yürüdüb.
ABŞ Maliyyə Nazirliyinin daha öncə xəbər verdiyi kimi sanksiyalar Rusiyanın iri dövlət neft şirkəti “Rosneft”ə, qaz şirkəti “Novatek”ə, Qazprombanka, dövlət Vneşekonombanka, eləcə də bir sıra mühafizə müəssisələrinə qarşı yürüdülüb.
Ekspertlər Rusiya iqtisadiyyatının bu qadağa tədbirləri ilə əlaqədar itkilərini 1% ÜDM kimi dəyərləndirirlər.