Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gürcüstan Parlamentində müzakirələr kütləvi davaya çevrildi - VİDEO
Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirəsi zamanı kütləvi dava olub.
Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.
Bildirilir ki, Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi barədə danışarkən müxalifətdə olan Vətəndaşlar Partiyasının rəhbəri Aleko Elisaşvili ona hücum edib.
Bundan sonra zalda dava başlayıb.
Xatırladaq ki, qanun layihəsi ilə əlaqədar paytaxt Tbilisidə müxalif partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri parlament binasının girişinə toplaşaraq etiraz aksiyası keçirirlər. Nümayişlə əlaqədar parlament binasının ətrafına çox sayda polis cəlb edilib.
Mənbə: “Sputnik” Gürcüstan
Rəylər