Georgi Marqvelaşvili vətəndaş nikahında olduğu Maka Çiçua ilə münasibətlərini rəsmiləşdirib.
Oxu.Az Qruziya-Onlayn-a istinadən xəbər verir ki, Georgi Marqvelaşvili və Maka Çiçua bu gün nikaha daxil olublar. Digər detallar dəqiqləşdirilmir.
Xatırladaq ki, Marqvelaşvili və Çiçuanın nikahdan kənar münasibətləri 2013-cü ildə prezident seçkilərindən öncə gündəmə gəlmişdi. O zaman Marqvelaşvili bəyan etmişdi ki, seçicilərin gözündə yaxşı görünmək üçün evlənmək niyyətində deyil.
Hal-hazırda prezident cütlüyünün uşaq gözlədikləri məlumdur. Onların birinci nikahlarından övladları var.