Tbilisi şəhər məhkəməsi ölkənin birinci xanımı Maka Çiçuanın qardaşı Mixail Mqalıblişvilini 4 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstanın İctimai yayımçısı məlumat verib.
Mixail Mqalıblişvili qanunsuz silah almaq, saxlamaq və gəzdirməkdə ittiham edilir. O, artıq dörd aydır ki, göz altındadır.
Gürcüstanın birinci xanımı da məhkəmə iclasında iştirak edib.
N.О.
www.oxu.az