Gürcüstan Milli Təhlükəsizlik Şurasını (MTŞ) sentyabrın 1-dən ləğv etmək qərarına gəlib və onun funksiyalarını hökumət həyata keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "İmedi" teleşirkəti məlumat yayıb.
Qeyd olunur ki, hökumət müvafiq qanunvericilik təşəbbüsü ilə parlamentə müraciət edib.
Qərar onun parlament respublikası modelinə uyğun olması ilə izah edilir.
MTŞ-nin funksiyaları və aktivləri, o cümlədən situasiya otağı aidiyyəti şöbələrə təhvil veriləcək.