Gürcüstanın Konstitusiya Məhkəməsi şəxsi istifadə üçün 100 qrama qədər təzə marixuananın alınması və saxlanılmasına görə həbs cəzasını ləğv edib.
Oxu.Az məlumat verir ki, bu barədə Virtualaz.org məhkəmənin saytına istinadən xəbər verir.
Məlumata əsasən, qərarda 100 qram xam marixuananın 50 qram qurudulmuş marixuananın ekvivalenti olduğu göstərilir.
Bildirilir ki, insanın onun sağlamlığını qorumaq bəhanəsi ilə həbs edilməsi yolverilməzdir və 100 qrama qədər marixuana alan və saxlayan insan başqalarının sağlamlığına ziyan vurrmur.
N.О.