Avropa İttifaqı diplomatik missiyanın əməkdaşı Gürcüstanın şərqində 15 yaşlı yeniyetməni maşınla vuraraq öldürüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Novosti-Qruziya”ya Gürcüstan XİN-in mətbuat və kommunikasiya departamentinin rəhbəri Mari Narçemaşvili bildirib.
Qəza Misaktsieli kəndində (Mtsxeta-Mtianeti, Şimali Gürcüstan) ötən bazar baş verib.
“Məlumat artıq XİN-ə daxil olub. Hüquq-mühafizəçiləri işləyir, bizim nazirlik də bu işə qoşulub”, - Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Yol hərəkəti qaydalarının təhlükəsizliyi, və ya nəqliyyatın istismarı qaydalarının pozulması üzrə cinayət işi qaldırılıb. Qəzanın səbəbkarı dörd ildən altı ilədək həbs cəzası ala bilər.
E.Ə.
www.oxu.az