İraqın Mosul şəhərində İŞİD terror qruplaşması tərəfindən ən azı 120 nəfər edam edilib, 350-dən çox şəxs əsir götürülüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə DPA agentliyi yerli vilayətlərdən birinin qubernatoru Əsilya ən-Nəcəfiyə istinadən məlumat verir.
“Yerli sakinlərin İŞİD-dən daha çox kənarlaşması ilə edam və insan oğurluğu halları çoxalıb”, - ən-Nəcəfi qeyd edib.
Qeyd edək ki, 120 nəfərin hamısı başlarından güllə ilə vurularaq edam olunub.
Qubernatorun sözlərinə görə, girovların çoxları polis əməkdaşları, hərbçilər və seçki kimossiyasının üzvləridir.