Gürcüstanın Marneuli rayonunun Şaumyan kəndində meşədə yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə yerinə Bolnisi və Marneuli rayonlarından yanğınsöndürmə briqadaları cəlb olunub.
Yerli sakinlər də yanğının söndürülməsində iştirak edib.
Yanğının qarşısı alınıb. Verilən məlumata görə, 4 hektara yaxın meşə zolağı yanıb.