Gürcüstanın Acarıstan bölgəsinin Xelvaçauri rayonunda Acaristskali çayında dörd turist batıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “İnterfaks” ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Turistlərin həlak olması faktı ilə əlaqədar cinayət işi başlanıb.
Yerli KİV-lərin məlumatına görə, ölən turistlər Ukrayna vətəndaşlarıdır.