Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gürcüstanda LGBT-nin təbliğatı qadağan olundu
Gürcüstan parlamenti ikinci oxunuşda "Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanun layihələri paketini - konstitusiya qanunu layihəsini və ölkədə LGBT təbliğatını qadağan edən 17 qanuna düzəlişləri qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Yeni qanun layihəsinə əsasən, eynicinslilərin nikahları, cinsiyyətinin dəyişdirilməsi üçün tibbi prosedurlar, uşaqların qeyri-heteroseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-lərin təhsil müəssisələrində və mediada təbliği və populyarlaşdırılması, LGBT-lərin populyarlaşdırılması üçün manifestasiyalar və buna oxşar digər hərəkətlər qadağandır.
"Gürcüstan" teqi üzrə xəbərlər
- Kobaxidze: "Kiyev qeyri-ciddilikdə bütün sərhədləri keçib"
- Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu qəbul edib
- Rusiya kəşfiyyatı: "Aİ Gürcüstandakı etirazları Ermənistan vasitəsilə maliyyələşdirir"
- Bakı-Tbilisi qatar reysi BƏRPA EDİLİR - Tarix də müzakirə olundu
- Salome Zurabişviliyə hücum olub