Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Gürcüstanda matəm elan edildi
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərara əsasən, yanvarın 9-u ölkədə matəm günü elan olunub.
Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, qərar Qal rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəli şəkildə həyatını itirməsi ilə bağlıdır.
Hadisə odla ehtiyatsız davranış səbəbindən baş verib. Yanğın nəticəsində kənddəki taxta ev tamamilə külə dönüb. Yanğında beş azyaşlı uşaq həyatını itirib.
Rəsmi məlumatlara görə, həlak olan uşaqların dəfn mərasimi sabah keçiriləcək.
Matəm günü ilə əlaqədar ölkədə dövlət qurumlarında bayraqlar endiriləcək və bir çox tədbirlər təxirə salınacaq. Gürcüstan hökuməti vətəndaşları həmrəylik göstərməyə və ehtiyac duyulan ailələrə dəstək olmağa çağırıb.
"Gürcüstan" teqi üzrə xəbərlər
- Bakı-Tbilisi qatar reysi BƏRPA EDİLİR - Tarix də müzakirə olundu
- Salome Zurabişviliyə hücum olub
- Gürcüstan - Türkiyə sərhədində görünməmiş hadisə: 910 ədəd su tısbağası ələ keçirildi
- Avropa Parlamenti Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıdı
- Gürcüstanın baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi