Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gürcüstanda qalmaqallı qanunun nə vaxt qəbul ediləcəyi açıqlandı
“Xarici agentlər haqqında qanunun qəbulu Gürcüstanın Aİ-yə inteqrasiyasını sürətləndirəcək”.
Bunu respublikanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
O, bəyan edib ki, sonuncu üçüncü oxunuşda qanun layihəsi üzrə səsvermə iki həftədən sonra keçiriləcək. Bundan bir ay sonra isə prezident vetosunun aşılması proseduru olacaq.
“Gürcüstanın hakim partiyası etirazlara baxmayaraq, xarici agentlər haqqında qanun qəbul etmək niyyətindədir”, - deyə Kobaxidze vurğulayıb. O, polisi etirazçılara qarşı daha ehtiyatlı davranmağa çağırıb.
Qeyd edək ki, bu axşam Gürcüstan parlamenti plenar iclasda ikinci oxunuşda xarici agentlər haqqında qanun layihəsini dəstəkləyib. 83 nəfər sənədin lehinə, 23 nəfər isə əleyhinə səs verib.
Mənbə: TASS
Rəylər