Gürcüstanda keçmiş prezident Mixail Saakaşvili və daha 7 müxalifət liderinə qarşı cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze məlumat verib.
Onun sözlərinə görə, Gürcüstanın sabiq lideri ilə yanaşı Giorgi Vaşadze, Nika Qvaramiya, Nika Meliya, Zurab Qirçi Caparidze, Yelene Xoştariya, Mamuka Xazaradze və Bardi Caparidzeyə qarşı cinayət işi başlanılıb.
Adları çəkilən siyasətçilər təxribat, xarici dövlətə düşmənçilik fəaliyyətində köməklik etmək, konstitusiya quruluşuna və milli təhlükəsizliyə qarşı fəaliyyətlər, hakimiyyəti zorakılıqla dəyişdirməyə çağırış kimi cinayətlərdə təqsirli bilinirlər.
Mamuka Xazaradze və Bardi Caparidze istisna olmaqla digər təqsirləndirlən şəxslərin hazırda müxtəlif cinayət əməllərinə görə həbsdə olduqları da bildirilir.
İş üzrə istintaq araşdırmaları davam edir.