Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gürcüstanda silahlı şəxs həmkəndlilərinə atəş açıb: Yaralılar var
Gürcüstanın Telavi bələdiyyəsinin Lapankuri kəndində silahlı insidentdə üç nəfər yaralanıb.
Yerli sakinlərin sözlərinə görə, kəndlilər arasında söz davası qanlı qarşıdurmaya çevrilib. Sakinlərdən biri ov tüfəngi ilə həmkəndlilərini yaralayıb.
Yaralanmış sakinlər Telavinin xəstəxanalarına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: interpressnews.ge
Ən çox oxunanlar
Rəylər