Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Jirona” “Sevilya”nı məğlub edərək La Liqada birinci yerə yüksəldi - VİDEO
İspaniya La Liqasının 21-ci turunun “Jirona” - “Sevilya” matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar Jironanın “Municipal de Montilivi” stadionunda çıxış ediblər.
Oyunu Pablo Qonsales Fuertesin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Hakimin start fiti Bakı vaxtı ilə saat 01:00-da səslənib.
“Jirona” “Sevilya”nı 5:1 hesabı ilə məğlub edib.
Görüşün əvvəlində, 10-cu dəqiqədə İsaak Romero görüşdə hesabı açaraq, “Sevilya”nı önə keçirib. 13-cü dəqiqədə isə Artyom Dovbik hesabı bərabərləşdirib. Artıq 15-ci dəqiqədə Dovbik ikinci qolunu vuraraq “Jirona”nı önə keçirib. 19-cu dəqiqədə Dovbik het-trik edərək, “Jirona”nın fərqini iki dəfə artırıb.
İkinci hissənin əvvəlində, 56-cı dəqiqədə Viktor Tsıqankov hesabı sarsıdıcı edib. Görüşün sonunda, 89-cu dəqiqədə Kristian Stuani meydan sahiblərinin beşinci qolunu vuraraq, görüşün yekun hesabını təyin edib - 5:1.
Bu matçın nəticəsindən sonra “Jirona” oynadığı 21 matçda 52 xal toplayaraq İspaniya Futbol Çempionatında birinci yerə yüksəlib. “Jirona” 51 xalı olan “Real Madrid”i qabaqlayıb. “Sevilya” 21 oyundan sonra 16 xalla 17-ci pillədə qərarlaşıb.
Rəylər