Riyaziyyatçı Mixail Çxenkeli Gürcüstanın yeni təhsil naziri vəzifəsinə təyin olunub.
Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, yeni nazirin təyinatı barədə bu gün ölkənin baş naziri Georgi Kvirikaşvili nazirlər kabinetində struktur dəyişiklikləri ilə bağlı keçirilən brifinq zamanı elan edib.
Mixail Çxenkeli 2016-cı ilin noyabrın 1-dən bu günə qədər İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektor müavini vəzifəsini icra edib.
N.О.