Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Gürcüstanın baş naziri qanunsuz etirazlarla necə mübarizə aparılacağını açıqladı
Gürcüstanın Baş naziri İrakli Kobaxidze qanunsuz etirazlarla necə mübarizə aparacağını açıqlayıb.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə o, hökumətin iclasında danışıb.
Hökumət başçısı müxalifət partiyalarının qeyri-konstitusion elan edilməsi üçün məhkəməyə müraciət ediləcəyini deyib.
"Onlar bu günlərdə Gürcüstanın konstitusiya quruluşuna qarşı açıq çıxış etdilər ki, bu da Konstitusiya Məhkəməsinə müraciət etmək və müxalifət partiyalarını qeyri-konstitusion elan etmək üçün birbaşa əsas yaradır. Baxaq, proseslərin necə inkişaf edəcəyini gözləyək. Hər şey bizim əlimizdədir", - deyə Kobaxidze bildirib.
"İrakli Kobaxidze" teqi üzrə xəbərlər
- Sahibə Qafarova Gürcüstanın baş naziri ilə görüşüb
- Kobaxidze: "Kiyev qeyri-ciddilikdə bütün sərhədləri keçib"
- Kobaxidze: "Rusiyaya qarşı müharibəyə girmədiyimiz üçün bizə Aİ-yə namizəd statusu vermədilər"
- Kobaxidze: "Bir daha "müharibə partiyası" ilə "sülh partiyası" arasında aydın sərhəd çəkildi"
- Gürcüstanın baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi