Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gürcüstanın Bolnisi rayonunda sakinlərlə polis arasında qarşıdurma yaranıb
Gürcüstan DİN azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndində 2 azərbaycanlı yeniyetmənin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məlumat yayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, qurumun məlumatında qəzanı törədən 2003-cü il təvəllüdlü sürücünün həbs edildiyi qeyd olunub.
"Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Kvemo Kartli Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Marneuli və Bolnisini birləşdirən yolda yol-nəqliyyat hadisəsi törətmiş sürücü, 2003-cü il təvəllüdlü T.Ç. həbs olunub.
İstintaqla müəyyən edilib ki, adıçəkilən şəxs avtomobilində 4 sərnişinlə magistral yolda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə biri yerində, digəri isə tibb müəssisəsində olmaqla 2 piyada ölüb. İstintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır", - məlumatda deyilir.
Qeyd edək ki, hadisədən sonra yerli sakinlərlə polis arasında qarşıdurma olub. Yerli KİV qarşıdurma zamanı yaralanmış 9 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Sakinlərin sözlərinə görə, avtomobilin sürücüsü və sərnişinləri sərxoş olub. Bildirilib ki, gərginlik sürücünün sakinləri təhqir etməsindən sonra artıb.
Qeyd olunur ki, əraziyə gələn təcili yardım avtomobili qəza nəticəsində xəsarət alan yeniyetmələri deyil, avtobobilin sürücüsünü və sərnişinlərini xəstəxanaya aparmaq istəyib.
Qarşıdurma zamanı qəza törədən avtomobil, həmçinin əraziyə gələn təcili tibbi yardım avtomobili aşırılıb. Gərginliklə əlaqədar əraziyə polis xüsusi təyinatlıları səfərbər edilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Baş ədliyyə müşaviri Firad Əliyev təltif edildi
- Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyan şəxslər məsuliyyətə cəlb olundular
- "Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi
- Saxlanılan FETÖ üzvü universitet müəllimi imiş - HÖKM OXUNDU
- Bakıda bir nəfərin 22 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanıldılar