Niderlandın Təl-Əvivdəki səfirliyinin binası İranın raket zərbəsi nəticəsində zədələnib.
Oxu.Az xəbər verir ki, bu barədə Niderlandın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində diplomatik nümayəndəliyin pəncərələri sınıb.
Qeyd edilib ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Bundan başqa, İran tərəfindən atılan raketlərdən biri Litvanın İsraildəki səfirliyinin yaxınlığına düşüb.
Litva Xarici İşlər Nazirliyinin məlumatına görə, raket Tel-Əvivdə yerləşən səfirliyin 200 metrliyindəki binalara dəyib.
Səfirlik binasında dağıntı qeydə alınmayıb və əməkdaşlar arasında itki yoxdur.
Gürcüstanın İsrailin paytaxtı Təl-Əvivdə yerləşən səfirliyinin binasının yaxınlığına mərmi düşüb.
Oxu.Az xəbər verir ki, məlumat diplomatik nümayəndəliyin "Facebook" hesabında dərc edilib.
Məlumatda diplomatik korpusun yerləşdiyi binaya ziyan dəymədiyi qeyd edilir.
"Diplomatik nümayəndəlik İsrail təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl edərək fəaliyyətini davam etdirir", - paylaşımda qeyd olunub.