"Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili dindirmə zamanı qanunsuz gəlirlər əldə etdiyini etiraf edib".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze bildirib.
Qaqnidzenin sözlərinə görə, Qaribaşvilu bu gün Agentlikdə dindirilib:
"O, istintaqla tam əməkdaşlıq edir və bir neçə il ərzində qeyri-qanuni gəlirlər əldə etdiyi faktını etiraf edib".
Xatırladaq ki, oktyabrın 18-də Qaribaşvili, DTX-nın keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli şəxslərin evlərində aparılan axtarışlar zamanı ümumilikdə 7 002 200 dollar və 136 min lari məbləğində nağd pul müsadirə edilib.