Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili hakim Gürcü Arzusu Partiyasının sədri vəzifəsini tərk edib.
Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə partiyanın ofisində keçirdiyi brifinqdə bildirib.
İrakli Qaribaşvili siyasətdən getdiyini açıqlayıb.
Qeyd edək ki, Qaribaşvili 2024-cü il fevralın 1-də Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının sədri təyin edilib. O, birinci dəfə 2013-cü ilin noyabrından 2015-ci ilin dekabrınadək, ikinci dəfə isə 2021-ci ilin 22 fevralından 2024-cü ilin 29 yanvarınadək Gürcüstanın baş naziri olub.
Yerli KİV-də daha əvvəl Qaribaşvili ilə hakim partiyanın digər rəhbər vəzifəli üzvləri arasında müxtəlif fikir ayrılıqlarının olması ilə bağlı məlumatlar dərc edilib.