Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İrakli Kobaxidze: "Gürcülər və azərbaycanlıların əsrlərdir davam edən birgə yaşayışı ilə qürur duyuruq"
"Gürcüstan xristianları və müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən və əsrlər boyu davam edən birgə yaşayışla qürur duyur".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Marneulidə Novruz bayramı münasibətilə təşkil olunan şənlikdə çıxış edərkən deyib.
Baş nazir qeyd edib ki, Novruz bayramı yenilənmə və xeyirxahlıq bayramıdır:
"Bu günü sizinlə birgə qeyd etdiyim üçün çox sevinirəm və qürur duyuram. Biz illər boyu birlikdə ümumi ölkəmizin gələcəyini qurmuşuq. Bu tarix bu gün də davam edir və gələcək nəsillərə ötürülməli olan gözəl bir ənənədir".
Tədbirdə çıxış edən Prezident Mixail Kavelaşvili isə vurğulayıb ki, Novruz yeni enerji, yeni il və yeni həyatın başlanğıcıdır:
"Sevinirəm ki, ölkəmizdə ənənələr, müxtəliflik və bayramlar böyük əhəmiyyət daşıyır. Biz əsrlər boyu bir yerdə yaşamışıq və bu qarşılıqlı hörmət bugünkü bayramla daha da güclənəcək".
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili öz növbəsində azərbaycanlıları təbrik edərək bildirib ki, Novruz cəmiyyət üçün yalnız mədəni ənənələr baxımından deyil, həm də müxtəlif millətlərin və dinlərin nümayəndələrini birləşdirən bir bayram olduğu üçün çox vacibdir.
Gürcüstanın Marneuli şəhərində Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, tədbirdə Gürcüstan Prezidenti Mixail Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və digər rəsmi şəxslər iştirak edərək, bayram münasibətilə təbriklərini çatdırıblar.
Bayram şənliyi martın 21-də saat 11:00-da Marneuli Meriyasının qarşısında start götürüb.
Tədbir çərçivəsində teatrlaşdırılmış yürüş, ənənəvi tonqalqalama, etnoguşə, idman yarışları, uşaq əyləncə zonası, foto və "Gifer" zonaları, eləcə də yerli sahibkarların sərgi-satışı təşkil edilib. Qızıl Xaç və Marneuli Mədəniyyət Mərkəzinin "Rəsm studiyası" tərəfindən də sərgi təqdim olunub.
Bayram proqramı çərçivəsində geniş konsert də nəzərdə tutulub. Saat 13:45-dən 17:40-dək davam edəcək tədbirdə Marneuli Mədəniyyət Mərkəzinin müğənniləri və qrupları, Ariz Hüseynov, "Kuçis Biçebi" qrupu və Azərbaycandan xüsusi olaraq dəvət olunmuş sənətçilər səhnəyə çıxacaqlar.
Bayram gecəsi DJ şousu və möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.
"Novruz bayramı" teqi üzrə xəbərlər
- Novruz türk xalqlarının ümumi milli bayramı elan edilə bilər
- Başqa qazanda bişirə bilməzsən: Səməni halvası necə hazırlanır?
- Tokayev bir sıra dövlət başçılarını Novruz bayramı münasibətilə təbrik edib
- Ordubadlıların əsrlərlə yaşatdıqları Novruz ənənəsi: "Xan bəzəmə" mərasimi
- "Ustadına əhsən!" - Novruz xonçası üçün məxsusi peçenyelər