Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gürcüstanın sabiq prezidenti Konstitusiyanı pozduğuna görə cəzalandırıldı
Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili ölkə Konstitusiyasını pozduğuna görə dövlət mühafizəsindən məhrum edilib.
Oxu.Az vz.ru-ya istinadən xəbər verir ki, bunu Prezident Mixail Kavelaşvilinin imzaladığı "Dövlət təhlükəsizliyi haqqında" qanuna dəyişikliklər təsdiq edir.
Əvvəlki qanuna əsasən, səlahiyyət müddəti başa çatdıqdan sonra bir il ərzində prezident, baş nazir və parlament sədrinin dövlət mühafizəsi saxlanılırdı, lakin qanunvericiliyə edilən dəyişikliklər kontekstində vəzifələrin icrası zamanı pozuntular Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildikdə, şəxsi mühafizə nəzərdə tutulmur.
Xatırladaq ki, ötən il Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin hökumətlə razılaşdırılmayan xarici səfərlərlə Konstitusiyanı pozduğunu ifadə etmişdi.
"Gürcüstan" teqi üzrə xəbərlər
- Avropa Parlamenti Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıdı
- Gürcüstanın baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi
- USAID-dən sonra Soros Fondu da bağlana bilər?
- USAID-in Gürcüstanla bağlı planları - SALAM BAKU
- Gürcü Arzusu: "USAID parlament seçkisinə 42 milyon dollar vəsait ayırıb"
Rəylər